Satılır 3 otaqlı köhnə tikili 80 m², Nərimanov r.
Azadlıq prospekti 116 ünvanında, şəhərin prestijli və rahat yaşayış ərazilərindən birində yerləşən mənzil 265.000 AZN start qiyməti ilə, IPOTEKAYA yararlıdır, satışa təqdim olunur. Mənzil 1 saylı ASAN Xidmətin yaxınlığında, 47 nömrəli məktəblə üzbəüz, həmçinin 258 və 36 nömrəli məktəblərin yanında yerləşir. Gənclik metrostansiyasına cəmi 10 dəqiqəlik piyada məsafəsi var. Ətraf ərazidə bütün əsas iaşə, ticarət və gündəlik tələbat obyektləri mövcuddur.
Eksperimental layihəli binada yerləşən mənzil 9 mərtəbəli binanın 6-cı mərtəbəsindədir. Şəxsi mülkiyyətdir və çıxarışı var.
Mənzil yeni və keyfiyyətli şəkildə təmir olunub, təmirdən sonra yaşayış olmayıb. Kombi istilik sistemi və isti döşəmə (isti pol) ilə təchiz edilib. Su, qaz və işıq daimidir. Binanın geniş və abad həyəti mövcuddur.

















































































































