






Binəqədi rayonu, Biləcəri qəsəbəsi – mərkəzi ərazi
274 nömrəli uşaq baxçasının qarşısında və 284 nömrəli orta məktəbin yaxınlığında 9 mərtəbəli binanın orta bloku və orta mərtəbəsində yerləşən qanuni 2 otaqlı, ÇIXARIŞLI mənzil satılır.
İPOTEKAYA yararlıdır. Günün işıqlı saatlarında mənzilə gün düşür, yelçəkəndir qarşısında heç bir maneə yoxdur.
Mənzil yerləşmə baxımından olduqca əlverişli ərazidədir. Binanın ətrafında bütün zəruri infrastruktur mövcuddur. İaşə obyektləri, gündəlik tələbat mağazaları mənzilin yaxınlığındadır. Binanın yaxınlığında avtobus dayanacağı var. Dəmiryolu vağzalı və bazar yaxınlıqdandır.
Yaxınlıqda 3 ümumtəhsil məktəbi, 2 uşaq bağçası, Uşaq Poliklinikası və Dəmiryolu Poliklinikası fəaliyyət göstərir. 20 Yanvar parkı birbaşa binanın qarşısında yerləşir.
Binanın təhlükəsizlik kameraları ilə təchiz olunmuş geniş və səliqəli həyəti mövcuddur. Avtomobillərin saxlanılması və uşaqların təhlükəsiz oynaya bilməsi üçün əlverişli şərait yaradılıb.
Mənzildə hal-hazırda yaşayış yoxdur. Təmir zamanı yüksək keyfiyyətli materiallardan istifadə edilib, əlavə xərc tələb etmir. Rahat şəkildə daxil olub yaşamaq mümkündür.
Mənzildə olan mebel saxlanılacaq, elektronika isə götürüləcək.
Real alıcı ilə qiymətdə razılaşma mümkündür.
Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz.
Elanın nömrəsi
Baxışların sayı
Yeniləndi
5843739
601
28 Yanvar 2026
Növbəti elanlar yüklənir...