Satılır 4 otaqlı həyət evi/bağ evi 205 m², Fatmayı q.
Fatmayı Rabitə Bağları, Dərnəgül santralın yanından təzə "Sea Breeze" yolu ilə 15 dəq. məsafədə, Müdafiə nazirliyi sanatoriyası ilə üzbəüz, 108A Baku Bus-un dayanacağından 50 metr aralı, Dənizə 1 km məsafə, yolu tam asfalt olan bağ evi satışa çıxarılıb. Torpağın və bağ evinin çıxarışı (kupçası) var. Bağ evi əşyalı satılır.
Bağ evi haqqında məlumat:
* Bağ evi 3 yataq otağı, 1 zal və 1 mətbəxtən ibarətdir.
* Həyətində hovuzu (9*30 - 3*30), terras eyvanı, söhbətgah, yay mətbəxi.
* Həyətində sitrus meyvə ağacları (limon, mandarin, apelsin, feyxoa).
* Pult ilə darvazası, 2 sanitar qovşağı (1-i həyətdə, 1-i evdə).
* Bağ evi kanalizasiya sistemi ilə təmin olunub, eyni zamanda şəxsi şambosu var.
* Yeraltı su anbarı var.
* Daimi suyu, işığı, qazı.
* İsti döşəməsi, kombisi, kondisioneri.
* Kamera sistemi var.
* Domafonu və həyətin işıqlanması mövcuddur.
* Həyətdə maşınlar saxlamaqdan əlavə darvazanın qarşısında da maşınlar saxlamaq üçün geniş parkovka şəraiti var.
* Təmirdən sonra yaşayış olmayıb, təmir yeni bitib.
* Bütün əşyaları ilə birgə satılır (mətbəx mebeli, pərdə, lüstr və s.)
* Ev 160 kv.m + Terras 20 kv.m + Söhbətgah 25 kv.m.
































































































































































