İcarəyə verilir obyekt 300 m², Nizami m.
Əsas yolun kənarında, metronun bir addımlığında yerləşən bu unisex gözəllik salonu VIP müştəri auditoriyası üçün düşünülmüş, tam hazır və işlək biznesdir. Obyektin real müştəri bazası mövcuddur və fasiləsiz fəaliyyət göstərir.
Ümumi məlumatlar:
• Ümumi sahə: 300 kvadrat metr
• Unisex format – qadın və kişi üçün ayrıca zonalar
• Tam təchizatlı, əşyalı və hazır biznes
• Real və daimi müştəri bazası
• Parklaşma imkanı
Qadın şöbəsi (ümumi zal):
• Giriş hissəsində yerləşir
• 8 ədəd peşəkar kreslo
Kabinetlər (9 ədəd):
• 4 otaq – 12 kv.m, vitraj pəncərəlidir
• 2 otaq – 14 kv.m
• 3 otaq – 9–10 kv.m, individual prosedurlar üçün uyğundur
Kişi şöbəsi:
• Ayrı zal (otaq)
• 4 kreslo ilə tam təchiz olunub
Əlavə zonalar:
• Bar zonası – içkilərin təqdimatı üçün
• Ayrı mətbəx
• İşçilər üçün geyim otağı və sanitar qovşaq
• Ziyarətçilər üçün ayrıca sanitar qovşaq
Teras:
• Giriş hissəsində yerləşir
• İsti və soyuq içkilərin təqdimatı üçün ideal
• Müştəri məmnuniyyətini və prestiji artıran detal
Bu obyekt lokasiya, planlama və komfortu bir araya gətirən nadir təkliflərdəndir. Vaxt itirmədən işləmək və ya mövcud gəliri artırmaq istəyənlər üçün hazır və gəlirli biznesdir.
Əks olunan qiymət obyektin icarə qiymətidir.

































































































































































































